Haitinin şimalında azı 20 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
AzNews.az Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin dağlıq regionunda baş verib. Yük avtomobilinin avtobusla toqquşması nəticəsində onlarla insan yaralanıb.
Onların vəziyyəti ağır qiymətləndirilir.
