Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı mövcud vəziyyəti qiymətləndirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaqlar müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər:
"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.
.
