"Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub".

Bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki,  256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: "Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ  dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq".

Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək-damar cərrahiyyəsi üzrə 1252 əməliyyat keçirilib

“Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib".

Bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. O qeyd edib ki, ötən il stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib.

.