Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.

“Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

İlin sonuna qədər vakant yerlərə direktor təyinatları olacaq

“Direktorların işə qəbulu ilə bağlı yeni qaydalar təsdiq olunandan sonra nazirliyin tərkibində olan digər qurumlarla işlərə başlamışıq”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.

Şöbə müdiri bildirib ki, bu qaydalar proqram təminatında müəyyən düzəlişlər tələb edir: “Ona görə də həmkarlarımızla əlaqə saxlayırıq ki, proqram təminatında zəruri dəyişiklikləri edə bilək. Beləliklə, qeydiyyatdan keçən istifadəçilər nəticələrini görə, vakansiya seçimi edib təsdiq edə bilsinlər. Növbəti mərhələdə isə onların müraciətlərinin emalına start verəcəyik. Müsahibə mərhələsinə dəvətlər bu ardıcıllıqla həyata keçiriləcək”.

O qeyd edib ki, təqvim ilinin sonuna qədər çoxsaylı vakant yerlərə yeni mexanizmlər vasitəsilə direktor təyinatı həyata keçiriləcək.

.