Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.

Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.