Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Göyçay rayon sakini İlqar Mirzəliyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş sakini Tacəddin Zakirovu bıçaqlayıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

.