Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdam rayonunun minalardan təmizlənməsi işlərini davam etdirir.

ANAMA tərəfindən rayonun Qiyaslı kəndi ərazisində çoxlu sayda partlamamış mərmi - minalar və qadağan olunmuş sursatlar aşkar edilib. Mərmilərin daşınması təhlükəli olduğundan yerindəcə məhv edilib.

Qeyd edək ki, ərazidə əməliyyat axtarış tədbirləri həyata keçirilir.

.