Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.

Bu barədə  Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: "Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub".

.