Avqustun 22-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

.