Bakıda Ağdam rayon sakini bıçaqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətin bildirilib.

Məlumata görə, oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
.