Bərdədə Ağdam rayon sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal Hüseynov saxlanılıb.

Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

 

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

.