Ağdam Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

İlkin məlumata görə, şöbədə çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

.