Polis Ağcabədidə 8 kiloqram narkotik vasitələr aşkarlayıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

.