Bəzən gecə saatlarında Bakıda tikinti şirkətlərinin yaşıllıqları qırması halları ilə rastlaşırıq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, bu halların qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var: “Ağacların qanunsuz kəsilməsinə görə, cəzaların artırılması ilə bağlı layihə təqdim olunub. Yaxın aylarda layihənin qəbul edilməsi gözlənilir. Belə ki, cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakı ərazisində vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq və hətta həbs cəzası da verilə bilər”.
.