Bakı şəhəri Binəqədi rayonu, Abşeron rayonu Xırdalan şəhəri, Ağdaş rayonu və Mingəçevir şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 44 ünvanında vətəndaş Elmira Əliyeva, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində “SAS İnşaat” MMC, Ağdaş rayonu Tofiqi kəndi ərazisində vətəndaş Rza Məmmədov, Mingəçevir şəhəri Sağ sahil qəsəbəsində isə vətəndaş Sultan Məmişova tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

.