Ağ Evin mətbuat katibi Cen Psakinin koronavirus testinin cavabı müsbət çıxıb.

Psaki bu barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailələrində 1 nəfərin koronavirusa yoluxması səbəbindən hər gün mütəmadi olaraq test verib: “Testin cavabları hər gün mənfi olurdu. Lakin bu gün cavab müsbət oldu”.

Mətbuat katibinin sözlərinə görə, o, çərşənbə günündən bəri prezident və ya administrasiyanın yüksək rütbəli üzvləri ilə əlaqə saxlamayıb.

Onun ABŞ lideri Co Baydenlə son təması çərşənbə axşamı, iki metr aralıda maska taxaraq qatıldığı tədbirdə olub.

Psaki əlavə edib ki, hazırda peyvənd sayəsində kəskin simptomlar hiss etmir və evdən işləyir: “Mənfi test cavabından sonra 10 günlük karantinin sonunda işə qayıtmağı planlaşdırıram”.

.