ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyanın Kiyevə təqdim etdiyi “sonsuz maliyyə axınını” Ukraynadakı korrupsiya səbəbindən dayandırıb.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə bildirib.
Levit bildirib ki, Tramp “korrupsiyanın heç vaxt xeyir gətirmədiyini tam aydın şəkildə ifadə edib”.
“Məhz buna görə əvvəlki administrasiyanın bu müharibəni maliyyələşdirmək üçün yazdığı sonsuz çeklərə son qoydu”, – Ağ Evin nümayəndəsi vurğulayıb.
.
