ABŞ İranla əldə olunan atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edir.

Bunu Ağ Evin mətbuat katibi Karolayn Livit "FoxNews"a müsahibəsində bildirib.

İran və ABŞ arasında son qarşıdurmaya toxunan Livittin sözlərinə görə, kommersiya gəmilərinə hücumlar baş verib və ABŞ buna cavab verib.

“Biz atəşkəslə bağlı üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Kommersiya gəmilərinə hücumlar oldu və biz cavab verdik. Zorakılığa zorakılıqla cavab veriləcək”, – Ağ Evin sözçüsü vurğulayıb.

.