"Xüsusi pul proqramı hələ müzakirə mərhələsindədir".

Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, xüsusi pul proqramı ilə bağlı ilkin təkliflər hazırdır: "Bununla belə son müzakirədən sonra xüsusi pul proqramının konkret parametrləri məlum olacaq".

Qeyd edək ki, xüsusi pul proqramı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Sabitliyi Şurası üzvlərinin iştirakı ilə hazırlanıb.
.