Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq.
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf - Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən
AFFA İcraiyyə Komitəsinə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Səməd Qurbanov - “Neftçi” PFK tərəfindən
2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov - “Sumqayıt” FK tərəfindən
4. Qurban Qurbanov - “Qarabağ” FK tərəfindən
5. Maqsud Adıgözəlov - “Sabah” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer
1. Elşad Nəsirov - Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov - Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer
1. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov - Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
.