AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.

Buna "Metropoliten"in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.

“Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.

İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.

.