AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Milli assosiasiyadan verilən məlumata görə, toplantı aprelin 13-də qurumun inzibati binasında keçiriləcək.

Saat 10:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.

Həmçinin digər məsələlər də müzakirəyə çıxarılacaq.

.