AFFA Çempionlar Liqasının 2018-2019 mövsümünün final oyununun Bakı Olimpiya stadionunda keçiriləcəyi ilə bağlı İspaniya mətbuatının yaydığı məlumata münasibət bildirib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu AzVision.az-a bildirib ki, hələlik belə bir qərar qəbul edilməyib.

"Yayılan məlumatlardan xəbərdaram. Bildirim ki, hələ UEFA-nın İcra Komitəsinın iclası keçirilməyib. Yekun qərar həmin iclasda açıqlanacaq. İclas keçirilmədiyindən yekun qərardan danışmaq hələ tezdir”.


.