Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsinə aydınlıq gəlib.
Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.
Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.
.