Xalq artisti Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, avqustun 15-də Afaq Bəşir qızı Səfərovanın 70 yaşı tamam olur.

.