"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron Dairəvi Dəmir Yolu üzrə tarifləri artırır.
Bu barədə ADY-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.
.