Bakının Xəzər rayonunun Binə qəsəbəsində "Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) açıqlamasında bildirilir.

"Hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar”, - qurum bəyan edib.

ADY bütün bunlara cavab olaraq, hadisənin yeni görüntüsünü ictimaiyyətə təqdim edib.


.