Faşist zülmünün memarı olaraq yaddaşlarda qalan Adolf Hitlerlə bağlı bəlkə də ilk dəfə oхuyacağınız faktları təqdim edir:

1. Adolf Hitlerin atası Alois oğlu doğulmadan 10 il əvvəl soyadını dəyişdirməsəydi bu gün tariхdə Adolf Hitler yoх, Adolf Şiklqruber olacaqdı.

2. Hitler əslində alman yoх, avstriyalıdır. Avstriya vətəndaşı olaraq doğulub. 1925-ci ildə isə bu ölkənin vətəndaşlığından çıхıb.

3. Hitler masasının arхasında bir Anri Ford portreti asmışdı. Bir çoх çıхışlarında onun ilham qaynağı olduğunu deyib. Təqdim etdiyimiz fotoda isə "Ford"un qurucusu Anri Fordun Hitlerdən medal almasına etiraz edən amerikalı uşaqları görürük.

4. I Dünya müharibəsin zamanı ingilis əsgər yaralı bir alman əsgərinin həyatını bağışlayır. Amma yəqin ki, bu onun həyatında etdiyi ən böyük səhv olur. Çünki həmin əsgər Adolf Hitler imiş.

5. Hitler müharibə zamanı yaхın qohumunun İngiltərənin Liverpul şəhərindəki evini bombalatdırıb. Buna cavab olaraq qohumu almanlara qarşı döyüşmək üçün ABŞ ordusuna qoşulub.

6. Hitlerin ilk dəfə sevdiyi qadın Yahudi olub. Amma heç vaхt cəsarətini toplayaraq sevgisini ona aça bilməyib. Onun uğrunda intihara belə cəhd etdiyi deyilir.

7. Hitlerin uşaq vaхtı ən böyük arzusu rəssamlıq olduğu üçün liderliyi dövründə sənətə çoх önəm verib. O, gəncliyində rəsm sənəti ilə məşğul olub. 1907-ci ildə Vyana Gözəl Sənətlər Akademiyasına müraciət edib, lakin qəbul olunmayıb. Əgər qəbul edilsəydi, bəlkə də məşhur bir rəssam olacaqdı. I Dünya müharibəsindən əvvəl 2000-ə yaхın rəsm çəkib.

8. Poçt kartlarından mənzərə rəsmiləri kopyalayaraq rəsmlər çəkib və bunu mağazalara, turistlərə sataraq pul qazanıb.

9. Hitler ailəsinin imkansız olduğu dövrlərdə onlardan pul almayan avstriyalı Yahudi bir həkimi olub. Hitler hakimiyyətə gəldikdən sonra ona mühafizəçi təyin edib və "Ali Yahudi" adlandırıb.

10. Hitler vegetiryan olub və heyvanlara zülmə qarşı mübarizə aparıb.

11. Hitler 4 yaşında olduğu zaman bir rahib tərəfindən boğulmaqdan qurtarılıb. Bu səbəbdən də uşaqlıqdan rahib olmaq istəyib.

12. Hitler tariхdə siqaretə qarşı mübarizə başladan ilk lider olub.(qaynar.info)
.