Bu gün ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbi işə başlayıb.

Açılış mərasimində universitetin rektoru Hafiz Paşayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və başqaları iştirak edirlər.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında vurğulayıb ki, COP29-un ənənəvi neft-qaz ölkəsində keçirilməsi Azərbaycanın enerji keçidi məsələsində irəliləyişindən xəbər verir: “Müstəqilliyini bərpa etdiyi ilk günlərdən Azərbaycanın xarici siyasətində enerji məsələləri mühüm istiqamətəçevrilib”.

O vurğulayıb ki, hazırda “yaşıl enerji” Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir: “Biz ADA Universiteti olaraq gənc nəslin təhsilində iştirak etməkdən və bu tip kursları keçirməkdən məmnunuq”.

.