Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramın rəhbəri və aparıcısı Acun İlıcalı da Ebru haqda paylaşım edib:

"Ebru Gündeş, bu çətin günlər keçəcək və aramıza dönəcəksən. Sənin o gözəl ürəyin hər zaman bizimlə olacaq, bilirəm. Bu bir ayrılıq deyil, sadəcə bir fasilədir. Sən bizim ailəmizin bir parçasısan və səni çox sevirik".

Qeyd edək ki, Ebrunun proqramdan ayrılmasını onun xəstə olmasıyla da, həyat yoldaşı Rza Zərrabın həbsiylə əlaqələndirənlər var..