Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayevə Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

.