Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyatı hadisəsi baş verib.

Avtoqəza Duz gölünün yaxınlığında qeydə alınıb.

Zeynalov Ayxan Mübariz oğlu idarə etdiyi “KİA” markalı avtomobildə sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi gölün kənarına yuvarlanıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sürücünün sərxoş olduğu təsdiqlənib. Yüngül xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

.