Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şükürov Amil Yaqub oğlu xəsarət alıb. Yaralı təcili yardım avtomobilində 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

.