
Abşeronda avtomobil yol kənarında maneəyə çırpılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
.