Xırdalan şəhərində qətl hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib.

Belə ki, Hüseynova Mehriban Sabir qızı oğlunun bıçaqlı hücumuna məruz qalıb.

Oğlu M.Hüseynovaya əvvəlcə 21 bıçaq zərbəsi vurub.

Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb.

Qadının meyiti hissələrə bölünmüş halda torbada evdə aşkar edilib.

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

.