Abşeron rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

"Report"un verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Salmanov Azər Vəfadar oğluna naməlum şəxs bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
.