Mehdiabad polisi mənzilləri qarət edən iki nəfəri saxlayıb

Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Binəqədi və Abşeron rayonlarında 18-dən çox mənzildən oğurluq edən iki dost - Saatlı rayon sakini, 19 yaşlı Samir Abbasov və Bakı şəhər sakini, 23 yaşlı Mirsaleh Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin evlərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub.

Saxlanılanlar izi itirmək üçün oğurluq məqsədi ilə daxil olduqları evlərin təhlükəsizlik kameralarının yaddaş kartlarını da götürərək aparıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
.