ABŞ Dövlət Departamenti Xəlifə Həftardan Liviya paytaxtı Tripoliyə hücuma son qoyulmasını tələb edib.

RİA Novosti xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

Onun sözlərinə görə, ölkədə vəziyyətin sabitləşdirilməsində bütün tərəflər məsuliyyət daşıyır:

"Tripoliyə birtərəfli hərbii hücum mülki vətəndaşların həyatını təhlükəyə atmaqla yanaşı, liviyalıların xoşbəxt gələcəyinə olan perspektivləri tamamilə sıradan çıxarır" - sitatın sonu.

M. Pompeo vurğulayıb ki, Liviya münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür.
.