
ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib.
"Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, Bo Bayden mayda müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.
ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.
ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.
Bo Bayden 2010-cu ildə insult keçirib.