Rusiyanın Saxalin bölgəsində güclü zəlzələ baş verib. 


Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, maqnitudası 5 bal olan zəlzələnin episetri Oxot dənizində, yerin 490 kilometr dərinliyində olub. 


Gecə saatlarında ABŞ-ın Oklahoma ştatında da yeraltı təkanlar qeydə alınıb. Məlumatlara görə, zəlzələnin gücü Rixter şkalası üzrə 5,3 bal olub. 


Hər iki hadisə zamanı dağıntı və tələfatın olmadığı bildirilib. 

.