ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.
"RİA Novosti” verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib.
Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. "O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.
Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.
