Qətər və Pakistan vasitəçilərinin ABŞ və İran nümayəndələri ilə Dohada keçirdiyi dolayı danışıqlarda müsbət irəliləyiş əldə olunub.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər və İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə, həmçinin Lüsern sammitinin nəticələrinə əsaslanaraq müsbət irəliləyiş əldə olunub.
Əl-Ənsari əlavə edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
"İranın keçmiş ali liderinin vəfatı ilə əlaqədar matəm tədbirləri başa çatdıqdan dərhal sonra növbəti görüşün vaxtı müəyyən ediləcək", - deyə o bildirib.
.
