ABŞ administrasiyası ötən həftə Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı yeni çərçivə sazişi təqdim edib.
Bu barədə “RBC-Ukraina” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd NATO-nun 5-ci maddəsinin prinsipləri əsasında hazırlanıb və üç əsas müddəanı əhatə edir.
Sazişə əsasən, Rusiya tərəfindən Ukraynaya yenidən silahlı hücum olacağı təqdirdə ABŞ prezidenti ölkənin müdafiəsi üçün silahlı qüvvələrdən, kəşfiyyat və logistik dəstəkdən, eləcə də iqtisadi və diplomatik tədbirlərdən istifadə etmək səlahiyyəti əldə edir.
Sənəd həmçinin NATO üzvlərini, eləcə də Fransa, Britaniya, Almaniya, Polşa və Finlandiyanı ABŞ-la koordinasiyalı şəkildə hərəkət etməyə öhdələndirir.
Çərçivə sazişi 10 il müddətinə nəzərdə tutulub və gələcəkdə uzadıla bilər.
.
