ABŞ BMT-də Ukrayna münaqişəsinin nizamlanması prosesində konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Vaşinqton tərəfləri gərginliyi azaltmağa və vicdanlı danışıqlar aparmağa çağırır.

Bryus vurğulayıb ki, hər iki tərəfdən real siyasi iradə olacağı təqdirdə ABŞ prosesdə iştirak etməyə hazırdır.

.