ABŞ-ın İŞİD-ə qarşı kampaniyasının koordinatoru Bret Makqurk bildirib ki, maerikalı xüsusi təyinatlılar tezliklə Suriyada olacaq.

Avropa.info xəbər verir ki, Makqurk CBS kanalına müsahibəsində bu dəstələrin radikal qruplaşmalara qarşı uğurlu əməliyyat keçirdiyini bildirib.

Amerikalı rəsmi deyib ki, kürdlərin əsas hədəfi Raqqanı təcrid etməkdir. Bu günədək onlar 1000 kvadrat km ərazini azad etməyə nail olublar.

Qeyd edək ki, oktyabr ayında ABŞ prezidenti Barak Obama 50 ABŞ hərbçisinin kürd dəstələrinə yardım üçün göndərilməsinə icazə vermişdi.
.