Bazar ertəsi, son həftələrdə 11-ci dəfə, ABŞ Senatı qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsini rədd edib.

Keçirilən səsvermə C-SPAN kanalı vasitəsilə yayımlanıb.

Səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanmış və daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsi Konqresin yuxarı palatasının 50 üzvü tərəfindən dəstəklənib, 43 nəfər isə layihənin əleyhinə səs verib.

Qeyd edək ki, qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.

.