ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasına dair qanun layihəsini qəbul edib.

Yenizaman CNN-ə istinadən xəbər verir ki, ABŞ Senatı hökumətin fəaliyyətini yenidən bərpa etməyə və ölkə tarixində ən uzunmüddətli – 40 gün davam edən “şatdaun”a son qoymağa imkan verəcək qanun layihəsini təsdiqləyib.

Sənəd 60 səs lehinə, 40 səs əleyhinə olmaqla qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl 13 dəfə Senat qanun layihəsini razılaşdıra bilməmişdi, çünki demokratlar səhiyyə subsidiyalarının artırılması tələbi ilə səsverməni bloklayırdılar. Lakin bu dəfə bir qrup demokrat respublikaçılarla birlikdə səs verərək qanun layihəsinin irəli çəkilməsinə dəstək olub.

Razılaşmaya əsasən, üç nazirliyi – o cümlədən Kənd Təsərrüfatı Nazirliyini – gələn ilinin sonunadək maliyyələşdirən qanunlar, eləcə də digər dövlət qurumlarının 30 yanvaradək mövcud səviyyədə maliyyələşməsini təmin edən qətnamə qəbul ediləcək.

Qanun layihəsi Senatda yekun şəkildə təsdiqləndikdən sonra Nümayəndələr Palatasına göndəriləcək və Prezident Donald Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Prosesin bir neçə gün çəkəcəyi gözlənilir.

.