ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Cina Haspelin təyinatını təsdiqləyib.

"RİA Novosti” verdiyi xəbərə görə, senatorların əksəriyyəti prezident D.Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü C.Haspelin namizədliyini dəstəkləyib.
Qeyd edək ki, C.Haspel ABŞ-ın əsas kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Təyinatadək C.Haspel MKİ direktoru müavini vəzifəsində çalışıb.
.