ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.

Senatın saytı xəbər verir ki, sənəd “Azadlığa Dəstək Aktı”na "907-ci düzəliş"dən imtinanı, başqa sözlə, Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilib, ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir.

.