ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili (1 oktyabrda başlayıb) üzrə hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib.

Sənəddə Ukraynaya 500 milyon dollar məbləğində yardım da nəzərdə tutulub.

Qanun layihəsini 77 qanunverici dəstəkləyib, onlardan 20-si isə əleyhinə səs verib. ABŞ Konqresinin yuxarı palatasında sənədin təsdiqi üçün ən azı 60 nəfərin dəstəyi tələb olunurdu.

Qeyd edək ki, sentyabr ayında Konqresin Nümayəndələr Palatası ABŞ-nin 2026-cı maliyyə ili üçün hərbi xərclər haqqında qanun layihəsinin öz versiyasını təxminən 900 milyard dollar məbləğində qəbul etmiş, Ukraynaya yardım üçün 400 milyon dollar nəzərdə tutulmuşdu.

.